Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin qanlı səhifəsi unudulmur” adlı tədbir keçirilib

31.03.2026

31 mart 2026-cı ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 31 Mart Soyqırımı Günü münasibətilə “Tarixin qanlı səhifəsi unudulmur” adlı tədbir keçirildi.
Tədbir zamanı əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra  muzeyin direktoru Məhruzə Hüseynova çıxış edərək bildirdi ki, 1918-ci ilin mart hadisələri xalqımızın tarixində ən faciəli səhifələrdən biridir. O qeyd etdi ki, bu hadisələrin unudulmaması və gələcək nəsillərə çatdırılması hər birimizin borcudur.
Daha sonra muzeyin əməkdaşları çıxış edərək 31 Mart Soyqırımı ilə bağlı çıxış etdilər və bu faciənin yaddaşlarda daim yaşadılmasının vacibliyini vurğuladılar.