Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 Mart: Milli faciədən milli yaddaşa” adlı anım tədbiri keçirilib

31.03.2026

Şəmkir rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “31 Mart: Milli faciədən milli yaddaşa” adlı anım tədbiri keçirilib.

31 mart 2026-cı il tarixində Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şəmkir rayon Mərkəzi Kitabxanasının əməkdaşı Nərgiz Rzayeva 31 Mart soyqırımı hadisələrinin tarixi mahiyyəti barədə ətraflı məruzə ilə çıxış edərək bu faciənin xalqımızın yaddaşında silinməz iz buraxdığını vurğulayıb.
Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Arzu Həsənova “Tariximizin qanlı səhifələri: 31 mart faciəsi” mövzusunda çıxış edərək, baş verən hadisələrin acı nəticələri və onların gənc nəsilə çatdırılmasının əhəmiyyətindən bəhs edib.

Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Rzayeva isə çıxışında tariximizin bu kimi faciəli səhifələrinin unudulmamasının vacibliyini qeyd edərək, maarifləndirici və təbliğat xarakterli tədbirlərin davamlı keçirilməsinin önəmini xüsusi vurğulayıb.
Tədbirin sonunda 31 Mart Soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.