Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon Çənlibel Xalq Tətbiqi Sənət Muzeyində ”İnsan Hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

09.06.2026

09 iyun 2026-cı il tarixində Şəmkir rayon Çənlibel Xalq Tətbiqi Sənət Muzeyində "İnsan Hüquqları aylığı" çərçivəsində "Mən hüquqlarımı bilirəm?"  mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirin məqsədi insan hüquqları, uşaq hüquqları və vəzifələri barədə məlumatlandırılması, onların hüquqi biliklərinin artırılması  olub. Tədbir zamanı insan hüquq və azadlıqların mahiyyəti, qarşılıqlı hörmət, məsuliyyət və cəmiyyət həyatında fəal iştirakına əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth