11.12.2017
11 Dekabr 2017-ci il tarixdə Saat 15:00-da Qazax rayon Mədəniyyət Mərkəzi Mərkəzi Kitabxana ilə birgə Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş “Ulu Öndər Azərbaycanın özü qədər əbədidir” mövzusunda Mədəniyyət Mərkəzinin dəyirmi masasında tədbir keçirib. Tədbirdə mədəniyyət işçiləri iştirak edib. Tədbirin əvvəlində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva Ulu Öndərin həyat və fəaliyyətindən söhbət açdı. Dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin qorunub saxlanılmasından və ölkəmizdə əldə edilmiş uğurlardan danışıb. Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, MKS-nin direktoru Solmaz Babanlı, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva, MKS-nin baş kitabxanaşısı Bəsti Məmmədova çıxış edərək dahi şəxsiyyətin hər bir azərbaycanlı üçün örnək olduğunu və onunla fəxr etdiklərini bildiriblər.