Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbində Ulu öndərimiz Heydər Əliyevin anım günü “Sen elə bir Zirvəsən” adlı tədbir.

12.12.2017

12 dekabr 2017-ci il tarixdə saat 15:00-da Ulu öndərimiz Heydər Əliyevin anım günü  “Sen elə bir Zirvəsən” adlı tədbir keçirildi.  Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin direktoru G.Əliyeva çıxış edərək qeyd etdi ki,bu gün Ümummilli Liderimiz Heydər Əliyevın anım günüdür!   2003-cü il dekabr ayının 12-si Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı.Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi.Düz 14-il öncə bu acı xəbəri eşidəndə Azərbaycan  xalqı başına özü boyda qara yaylıq bağladı.Heydər Əliyev bizə Azərbaycan adlı sabit,hər inkişaf edən,dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.