Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib

13.12.2017

Artıq 31 ildir ki, fəaliyyət göstərən Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib. Mütəmadi olaraq bu məkana üz tutan ali təhsil ocaqlarının tələbələri, orta məktəblərin şagirdləri burada olan vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsünkar təbiətini özündə əks etdirən şəkillərlə tanış olurlar.
Artıq 1 həftədir ki, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax  Dövlət  Sosial-İqtisadi  Kollecinin tələbələri, şəhər 1,2,3,4,5, məktəb-liseyin, Ağköynək, Xanlıqlar, Cəfərli, Yuxarı Əskipara, Aşağı Əskipara, Çaylı 1 və 2 saylı, Kommuna, Dəmirçilər, Daş Salahlı kənd tam orta məktəblərin şagirdləri qalereyada olaraq burada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiyətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında məlumatlar əldə edirlər.
Məktəblilərə məlumat verilir ki, hal-hazırda qalereyada ümumilikdə 548 eksponat  nümayiş olunur ki, bunlar əsasən  Boyakarlıq və rəsm əsərləridir.
Bu gün qalereyadakı əsərlərlə tanış olan BDU Qazax filialının şöbə müdiri Qasım Əliyev, tələbələrdən Ələmdar Əsgərov, Aysel Məlikzadə, Roza Mansırova, Ayşən Rzayeva, Nübar Rüstəmova və başqaları çıxış edərək qeyd ediblər ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmasında bu cür tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyəti vardır. Onlar mütəmadi olaraq qalereyaya baş çəkdiklərini və hər dəfə də yeni rəsm əsərləri, gənc rəssamların maraqlı əl işləri ilə tanış olduqlarını söyləyiblər.