Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsində İdarəyanı Şüranın iclası keçirildi

22.12.2017

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsində 2017-ci ilin sonuncu İdarəyanı Şüra iclası keçirildi. İclasda gündəlik məsələlər müzakirə edildi.
İclası İdarənin rəisi cənab Ramiz Quliyev öz çıxışı ilə açaraq 2017-ci il ərzində Maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə Regionu əhatə edən Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən müəssisələrdə görülmüş işlər və 15.12.2017-ci il tarixində mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin Sabirabad rayonunda Regional İdarələrin rəisləri ilə olan müşavirədə yeni ilə hazırlıq məqsədi ilə görüləcək işlər haqqında verdiyi tapşırığın icra olunması barədə danışdı. Daha sonra rəis müavini Gülgün Kərimov, məsləhətçilər Pəri Məmmədova və Elvin Feyzizadə, Mədəniyyət müəssisə rəhbərləri çıxış etdilər.