Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “Gənc pianoçuların IV Respublika müsabiqəsi”nin I mərhələsi keçirilib

02.06.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların peşəkar inkişafının sürətləndirilməsi və dəstəklənməsi, eyni zamanda müəllimlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə “Gənc pianoçuların IV Respublika müsabiqəsi” keçirilir.

İyunun 1-də müsabiqənin Qərb bölgəsində I mərhələsi keçirilib. Ağstafa şəhərində təşkil olunan müsabiqədə Respublikanın  qərb və ətraf rayonlarını əhatə edən Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Gəncə və Samux rayonlarında fəaliyyət göstərən 17 uşaq musiqi və incəsənət məktəblərindən 60 şagird iştirak etmişdir.

Qeyd edək ki, sözügedən müsabiqə 2 turdan ibarətdir. Qiymətləndirmənin nəticələrinə əsasən nazirliyin təyin etdiyi münsiflərin qərarı ilə seçilən piano ifaçıları  müsabiqənin Bakı şəhərində keçiriləcək II mərhələsində iştirak etmək haqqı qazanıb.