Qazax rayon Yuxarı Salahlı kənd Folklor evi 1 və 2 saylı kitabxana filialı ilə birlikdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dünya azərbaycanlılarının milli birliyi” adlı şənlik keçirib.
27.12.2017
27 dekabr 2017-ci il tarixdə saat 14:00-da Yuxarı Salahlı kənd Folklor evi 1 və 2 saylı kitabxana filialı ilə birlikdə Z. Mahmudov adına kənd tam orta məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dünya azərbaycanlılarının milli birliyi” adlı şənlik keçirib. Tədbirdə fəal oxuculardan, valideynlərdən, məktəbin müəllim və şagirdlərindən ibarət olmaqla 56 nəfər iştirak edib.Şənliyi məktəbin İbtidai təhsilin sinif müəlliməsi Güllü Eyyubova açaraq şənlik iştirakçılarını bayram münasibətilə təbrik etdikdən sonra Folklor evinin müdiri Asya Orucova ümummilli lider Heydər Əliyevin “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik” sözləri ilə çıxışına başlayıb. Bayramın yaranma tarixi və onun əhəmiyyəti haqqında 2 saylı filialın müdiri Məktubə Qocayeva, 1 saylı kitabxananın müdiri Tama Cəfərova qısa məlumat veriblər. Səhnəyə Nuranə Eyyubovanın dəvəti ilə Şaxta baba və Qar qız daxil olublar. “Səma” rəqs qrupunun rəqsləri, Yeni ilə aid şeirlərin söylənilməsi şənliyi daha rəngarəng etdi. Uşaqlara hədiyyələr paylandıqdan sonra çay stolu arxasında şənlik başa çatıb.