Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

TÜRK QARDAŞLARIMIZ AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNİN QONAĞI OLDU

28.07.2019

Ağstafa Regional Mədəniyyət İdarəsi  Ağstafa  Mədəniyyət Mərkəzində Gəncə Dövlət Universiteti, Xəzər Universiteti  və  Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının birgə təşkilatçılığı ilə həyata keçirilən  “2-ci Uluslararası Unutulan Sözler Hayat Bulsun – Dede Korkut İzinde – Sözünde projesi” layihəsi çərçivəsində Türkiyədən yol alan türk nümayəndə heyyətini qonaq etdi və qonaqların şərəfinə mədəniyyət işçilərinin iştirakı ilə regionun spesifik musiqisi olan aşıq havaları və zurna ifalarından ibarət konsert təşkil etdi.  Tədbirdə çıxış edən Türkiyə nümayəndə heyyətinin üzvləri Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətlərindən geniş bəhs edərək  qardaş ölkə Azərbaycanın bütün bölgələrində olduğu kimi  Ağstafa rayonunda da onlara göstərilən diqqət və qayğıya, yüksək qonaqpərvərliyə görə Ağstafa Regional Mədəniyyət İdarəsi rəhbərliyinə dərin minnətdarlığını və təşəkkürünü bildirdilər.

Tədbir hər iki tərəfin bir-birinə qarşılıqlı hədiyyələr təqdim etməsi və auditoriyanın xor şəklində möhtəşəm “Çırpınırdı Qara Dəniz” ifası ilə yekunlaşdı.

Tədbirdən sonra, Türkiyə nümayəndə heyyəti  Ağstafa Heydər Əliyev Mərkəzini, Ağstafada yerləşən Miniatür Azərbaycan Parkını, Ağstafa Tarix Diyarşünaslıq Muzeyini,  Qazax rayonunda ucaldılmış  Dədə Qorqud heykəlini, Qazax Mütəfəkkirlər Parkını,  Qazax Tarix Diyarşünaslıq Muzeyini ziyarət etdilər.