Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Qazax rayon Heydər Əliyev Mərkəzi

Qazax rayon Heydər Əliyev Mərkəzi haqqında məlumat.

 

          Qazax rayon Heydər Əliyev Mərkəzi 2008-ci ildə Heydər Parkı ərazisində inşa edilmişdir. Həmin ilin sentyabr ayında binanın təntənəli açılışı olmuş və açılışda ölkə prezidenti İlham Əliyev cənabları iştirak etmişdir. Ümumi sahəsi 1922,5 kv.m olan Heydər Əliyev Mərkəzi 2 mərtəbəli konusvari unikal formaya malikdir. Birinci mərtəbədə sahəsi 732,57kv. metr olan, əsas fondu 361 eksponatdan ibarət muzey fəaliyyət göstərir.  Ekspozisiya zalında 167 eksponat sərgilənir. Bunun 3-ü maket, 2 gerb, 1 bayraq, 36-ı foto şəkil, 8-i portretdir. Burada həmçinin Heydər Əliyevin Qazax səfərlərini özündə əks etdirən, 28 foto şəkil və 2 portretdən ibarət 2 stend vardır. 2016-cı ildə 188 eksponat artırılaraq  muzeyin əsas fondu 549 eksponata çatdırılmışdır. I mərtəbədə bundan əlavə  sahəsi 35,6 kv.m  elektron kitabxana və “Ubiq Window” elektron albom da yerləşdirilmişdir. Kitabxana çox zəngindir. Burada  Azərbaycan şair və yazıçılarının əsərləri ilə yanaşı dünya ədəbiyyat  nümunələri də yer almışdır. Kitabxananın “Ümumi elmi və fənnlərarası biliklər”, ”İctimai-siyasi”, ”Təbiət elmləri”, ”Mədəniyyət və incəsənət” və s. bölmələrində oxucuların marağını çəkən minə yaxın kitab vardır. Elektron kitabxanada isə muzeyin internetlə birbaşa əlaqəsi vasitəsilə daha geniş məlumatlar əldə edilir. Kitabxanada məktəblilərə ödənişsiz komputer  kursları təşkil olunmuşdur.  Muzeydə həmçinin  toxuculuq kursu da fəaliyyət göstərir. Kurs üzvlərinin  əl işləri dəfələrlə respublika və rayon  səviyyəli sərgilərdə nümayiş etdirilmiş və fəxri fərmanlarla, diplomlarla təltif olunmuşdurlar.

     Ubiq Windov məsafədən əllə idarə olunan foto albomdur. Bu albomda Ümmumilli Liderin həyat və iş fəaliyyətindən bəhs edən fotolar və videolar vardır. Muzeydə keçirilən bütün  tədbirlərdə bu albomdan çox səmərəli istifadə edilir. Heydər Əliyev şəxsiyyətinin hər bir anını əks etdirən filmlər, slayd-prezentasiyalar həm yerli, həm də  xarici ölkə vətəndaşları tərəfindən çox müsbət qarşılanır.

          II mərtəbədə isə Planetarium yerləşir. Sahəsi 145,0 kv.m, hündürlüyü 8,65 m olan planetarium elmi- maarifləndirmə ocağı olmaqla yerləşdiyi zal kürə formalıdır. Kürənin tam 180o içəri səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş  sistemi, planetlər, bürclər və s. nümayiş etdirilir. Hər hansı göy cismini yaxınlaşdırmaq ,uzaqlaşdırmaq , 100 min illər keçmişə və gələcəyə aparmaq mümkündür.Planetariumun dairəvi zalında həmçinin müxtəlif görüş və toplantılar keçirilir.

          Muzeyin fəaliyyətini genişləndirmək və insanların muzeyə marağını artırmaq üçün “Heydər Əliyev məktəbi”, ”Astronomiya dərsləri” dərnəkləri təşkil edilmişdir.”Heydər Əliyev məktəbi” layihəsində məktəblilərə, ali məktəb tələbələrinə əməkdaşlarımız tərəfindən hazırlanmış “Heydər Əliyev və Azərbaycan”,”Heydər Əliyev və Mədəniyyət”,”Heydər Əliyev və Gənclər siyasəti” və s.mövzularda mühazirələr oxunur.

          “Astronomiya dərsləri” dərnəyində isə yuxarı sinif şagirdlərinə sinif proqramına uyğun əyani astronomiya dərsləri keçirilir.     

Ünvan:
Qazax şəhər Heydər Əliyev parkı
Telefon:

022-29-5-45-21

E-mail:

gazakh_heydar.merkezi@mail.ru