Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi

Mədəniyyət Nazirliyinin 24 sentyabr 1984-cü il tarixli 410 saylı əmrinə əsasən Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi fəaliyyətə başlamışdır. Həmin illərdə məktəbdə fortepiano, tar, qarmon və saz sinifləri fəaliyyət göstərirdi. Sonra fəaliyyəti genişləndirilərək 1997-ci ildə səs sinfi açılmışdır. Hal-hazırda məktəbdə fortepiano, tar, qarmon, saz və xanəndəlik ixtisasları üzrə 95 şagird təhsil alır və onlara 21 nəfər müəllim dərs keçir.
Məktəbin yerləşdiyi bina 1967-ci ildə inşa edilib. Bina ikimərtəbəlidir və sahəsi 650 kv.m-dir. 415 kv.m-i musiqi məktəbinin, 235 kv.m isə uşaq baxçasının istifadəsindədir. Sinif otaqları 13 və zalda düzəldilmiş 2 otaqdan, cəmi 15 otaqdan ibarətdir.
 

Ünvan:
Düz Qırıqlı kəndi
Telefon:

(050) (070) 660-07-49

E-mail:

xeyal_nikbin86@mail.ru