Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1990-cı ildə yaradılıb.
MKS-də Mərkəzi Kitabxana və 37 kitabxana filialı fəaliyyət göstərir.
Mərkəzi Kitabxanada 35 nəfər, kitabxana filiallarda isə 85 işçi fəaliyyət göstərir (texniki işçilər də daxil olmaqla).
MKS-in 342 min 351 nüsxə kitab fondu vardır, bunlardan 72 min 775 nüsxəsi latın qrafikasında çap olunmuş kitablar, 841 nüsxəsi isə elektron nəşrlərdır. Latın qrafikalı kitabların 58 min 804 nüsxəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamlarıı ilə çap olunaraq kitabxanalara hədiyyə edilmiş nəşrlərdir.
MKS üzrə oxucuların sayı 23 min 696 nəfərdir.
Mərkəzi Kitabxanada 6 şöbə fəaliyyət göstərir:
1. Kitabişləmə və komplektləşdirmə şöbəsi
2. Metodika və biblioqrafiya şöbəsi
3. Oxuculara xidmət şöbəsi
4. İnformasiya- resurs şöbəsi
5. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması
şöbəsi
6. Uşaq şöbəsi
022-22-5-21-73
akstafa.mks@mail.ru