Respublikanın ən iri aqrar rayonlarından biri olan Şəmkir rayonunun ərazisi 1.66 min kv. km-dir, əhalisi 01.01.2015-ci il tarixə rəsmi qeydiyyatda 206500 nəfərdir.
Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında sənayedə, tikintidə və digər istehsal, ticarət, ictimai-iaşə xidmət sahələrində çalışır. Şəmkir rayonu 1 şəhər, 4 inzibati qəsəbə, (Dəllər, Zəyəm, Çinarlı, Kür) 58 kənd olmaqla 48 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və 42 bələdiyyədən ibarətdir.
Əsas iqtisadi göstərici hesab olunan ümumi məhsul buraxılışı dinamik olaraq artmışdır.2014-cü ildə ümumi məhsul buraxılışının həcmi 516790 min manat olmuşdur.Adambaşına düşən məhsul buraxılışının həcmi isə 2503 manat olmuşdur.Sənaye sahələrində 18169 min manatlıq,kənd təsərrüfatında 260000 min manatlıq,tikinti sahəsində 137957 min manatlıq, nəqliyyat və rabitə sahələrində 9014 min manatlıq, ticarət sahələri üzrə 91650 min manatlıq məhsul buraxılışı müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Şəmkir rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İcra hakimiyyəti başçısı yanında Şura yaradılmış və əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasları “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq ayda 2 dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqanı olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif tövsiyyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə rayon İcra Hakimiyyəti başçısının sərəncamları verilir.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahəsi aparıcı rol oynayır. Eyni zamanda rayonunun təsərrüfatlarında meyvə, bostan və günəbaxan məhsulları da istehsal olunur.
Cari ilin məhsulu üçün keçən ilin payızında və bu ilin yazında 18576 hek sahədə taxıl əkilmişdir. Onun 13178 hektarı buğda, 5345 hektarı arpa, qalan 53 hektarı isə vələmir bitgisi olmuşdur. Rayon üzrə 1515 ha istixana sahəsindən keyfiyyətli faraş tərəvəz (pomidor, xiyar) yetişdirilmişdir. 7515 ədəd istilikxananın, 24 ədədi təbii qazla, 1184 ədədi isə yanacaqla təmin edilmişdir. Fermerlərə 26 baş lizinq yolu ilə damazlıq cins mal-qara satılmış və onlardan da 26 baş buzov alınmışdır.
Şəmkir rayonunun sənayesi yeyinti, elektrik enerjisi və tikinti materiallarının istehsalı və bölüşdürülməsi sahələri ilə təmin olunmuşdur.2015-ci ildə fəaliyyət göstərən 18 sənaye müəssisəsindən 15-i kiçik müəssisələr olmuşdu. Emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə diqqət artırılmışdır. “Şərq Ulduzu” MMC-ə məxsus ildə 2000 ton üzüm emalı gücünə malik şərab zavodunda 9 növ şərab məhsulu emal edilməklə, şərab məhsullarından konyak spirti də emal edilir. Şəmkir Quşçuluq fabrikası fəaliyyət göstərir. Müəssisədə gündəlik 300 min ədəd yumurta istehsal olunur. Şəmkir rayonunda Azaqro MMC-yə məxsus sahəsi 2.5 hektar olan istilikxana kompleksində İl ərzində iki milyon ədət gül yetişdirilir.
Şəmkir rayonu üzrə 01.01.2015-ci il tarixə Sosial-iqtisadi göstəricilər.
Sıra № si | Göstəricilər | Ölçü vahidi | 2014-cü il | 2013-cü il | 2014-cü il 2015-ci ilə nisbətən faiz |
1 | Payızlıq və yazlıq taxıl | hek | 18576 | 22219 | 83,6 |
2 | Məhsul istehsal olunub | ton | 54871 | 85093 | 64 |
3 | Qarğıdalı (dən üçün) | hek | 2357 | 2351 | 100,2 |
4 | Məhsul istehsal olunub | ton | 15617 | 15584 | 100,2 |
5 | Kartof | hek | 6406 | 6397 | 100,1 |
6 | Məhsul istehsal olunub | ton | 108947 | 108350 | 100,5 |
7 | Tərəvəz | hek | 6163 | 6159 | 100,1 |
8 | Məhsul istehsal olunub | ton | 122082 | 121996 | 100,1 |
9 | Bostan | hek | 256 | 254 | 100,7 |
10 | Məhsul istehsal olunub | ton | 5752 | 5673 | 101,3 |
11 | Günəbaxan (dən üçün) | hek | 917 | 592 | 154,8 |
12 | Məhsul istehsal olunub | ton | 1541 | 878 | 175,5 |
13 | Yer fıstığı | hek | 38 | 37 | 102,7 |
14 | Məhsul istehsal olunub | ton | 50 | 49 | 102 |
15 | Meyvə istehsal olunub | ton | 60116 | 60230 | 99,8 |
16 | Üzüm istehsal olunub | ton | 21964 | 21956 | 100 |
17 | Şum aparılıb | hek | 25634 | 28300 | 90,7 |
18 | İri buynuzlu mal-qara | baş | 61097 | 60993 | 100,1 |
19 | O cüm: Ana mal | baş | 29185 | 29132 | 100,1 |
20 | Qoyun və keçilər | baş | 288310 | 285408 | 101 |
21 | Ət (diri çəkidə) | ton | 10363 | 9785 | 105,9 |
22 | Süd | ton | 51450 | 48768 | 105,4 |
23 | Yumurta | min əd | 135740 | 101984 | 133 |
24 | Yun | ton | 479,6 | 476,5 | 100,6 |
25 | Sənaye məhsulları istehsalının həcmi | min man | 18169 | 17938 | 101,2 |
26 | O cümlədən:Elektrik enerjisi istehsalı | min man | 9854 | 9854 | 104,9 |
27 | Kənd təsərrüfatı məhsullarının həcmi | min man | 260000 | 252249 | 103 |
28 | Nəqliyyat və rabitə xidmətləri | min man | 9014 | 7929 | 113,6 |
29 | Ticarət xidmətlərinin həcmi | min man | 91650 | 82804 | 110,6 |
30 | Ümumi məhsul buraxılışının həcmi | min man | 516790 | 566089 | 91,2 |
31 | Pullu xidmətlərin həcmi | min man | 74950 | 69708 | 107,5 |
32 | Əmtəə dövriyyəsinin həcmi | min man | 277746 | 253234 | 109,6 |
33 | Bir nəfərə düşən orta aylıq əmək haqqı | man | 312 | 308 | 101,2 |
34 | Fərdi yaşayış evləri tikilib istifadəyə verilib | ədəd | 620 | 608 | 101,9 |
35 | Sahəsi | kv metr | 62810 | 58868 | 106,6 |
36 | Dəyəri | min man | 33775 | 27584 | 122,4 |