Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür və Kürün qolu - Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Kürün sahilində tuğay meşələrini qoruyub saxlamaq məqsədilə yaradılmış «Qarayazı» qoruğu sahilində yerləşir. Rayon ərazisində çoxsaylı arxeoloci və tarixi abidələr var. Onların arasında Aşağı Göyçəli kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu - dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri. Tatlı, Yuxarı Göyçəli, Həsənsu, Aşağı Göyçəli kəndlərini də qeyd etməliyik. Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq abidələri xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və s. Rayonda aşıq sənəti, xalçaçılıq və sair sahələrdə əvvəlki nəsillərin topladıqları mədəni irsin qorunub saxlanılmasına qayğı göstərilir. Rayonun inzibati mərkəzi Ağstafa şəhəri Gürcüstan sərhəddinin yaxınlığında yerləşir. Bu şəhər 1914-cü ildə dəmir yolu qovşağı kimi inşa edilmişdir. Bu dəmir yolu düz Tbilisiyə qədər davam edir. Gürcüstan Respublikasının ərazisi ilə Ağstafa Qırmızı Körpü vasitəsilə bir-birindən ayrılır. Ağstafa sakit şəhəridir. Şəhərin mərpkəzimndəki səliqəli parkda restoranlar, çayxanalar və kinoteatr var. Ağstafa şəhərindən 20 km məsafədə mənzərəli bir yerdə dağlar və meşələr qoynunda yerləşən Tatlı kəndi oradakı Qələmçə bulağı ilə məşhurdur. Bulağın ətrafındakı ərazi istirahət üçün çox münasib yerdir. Harada qalmaq olar Ağstafa rayonunda fəaliyyət göstərən 2 mehmanxanadan biri «Həsən su» restoran kompleksinin tərkibindədir Tel. (50) 362 16 08. Harada nahar etmək olar «Həsən su», «Turist», «İncəgül», «Göyçə», «Tural», «Sərinlik», «Karvan», «Poylu», «Dəli Kür», «Tut bağı» restoranları turistlərə yüksək səviyyədə xidmətlər göstərir.