16.03.2018
16 mart 2018-ci il tarixdə Olimpiya İdman Kompleksinin qarşısında Azərbaycan xalqının milli bayramı olan Novruz şənliyi keçirilib. Şəhər bayramsayağı bəzədilib. Saat 11:00-da rayonun rəhbər işçiləri və şəhərimizin qonaqları “Qala” qapısına daxil olub. Girişdə onları Bahar qız qarşılayıb və Novruz bayramı münasibəti ilə təbrik edib. Bayram tonqalının alovlanması ilə bayram şənliyi başlayıb. Kosa və Keçəlin iştirakı ilə məzəli səhnəciklər nümayiş etdirilib, qonaqlarla yumurta döyüşdürülüb. Tədbirdə MKS-in Aşağı Salahlı kənd kitabxana filialı iştirak edib. Kitabxana filialın qurduqları alaçıqda kəndin adət-ənənəsinə məxsus məişət əşyaları nümayiş etdirilib,milli rəqs nümunələri göstərilib. İdman kompleksinin zalında Azərbaycan incəsənət ustalarının rəngarəng ifaları ilə tədbir başa çatıb.