26.07.2017
Ağstafa şəhər “Yazıçılar Evi”ndə “İslam Həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda seminar-müşavirə keçirilmişdir. Tədbirdə yerli dini icmanın üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları və rayon gəncləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının zəngin tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasına xüsusi diqqət yetirilmiş, ölkəmizdə dini dözümlülüyün möhkəmləndirilməsi hökumətin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab prezident dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin bərpasına xüsusi önəm verir.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə nümayəndəsi Rasim Tağıyev, Ağstafa rayon Prokurorunun köməkçisi Rəhim Hüseyinli, Ağstafa qəzetinin redaktoru İbrahim Əliyev və İmam Əli adına Ağstafa cümə məscidi dini icmasının sədri Şahin İsmayılzadə çıxış edərək bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, ulu öndərin layiqli davamçısı və siyasi varisi cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması və böyük tarixə malik dini məbədlərimizin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Seminar-müşavirə işgüzar şəraitdə keçdi.