Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi” adlı dəyirmi masa

08.11.2017

08.11.2017-ci il tarixində Dövlət Bayrağı Günü münasibətilə Ağstafa rayon Mərkəzi Kitabxanası və Mədəniyyət Mərkəzi birlikdə “Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi” adı altinda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada Mədəniyyət Mərkəzinin direktoru Vaqif Mehdiyev tədbiri açaraq bildirmişdir ki, hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyyətinin, dini- mənəvi əxlaqının, bir sözlə, onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir.

Mərkəzi Kitabxanasının “Oxuculara xidmət şöbəsi”nin multimediya mütəxəssisi Laçın Məhərrəmova öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suveriliyinin rəmzidir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra bayrağımız işğal altında olan torpaqlarımızda dalğalanacaqdır.