13.11.2017
Azərbaycan Respublikasının Konstitusiyası günü münasibətilə Ağstafa rayon Mərkəzi Kitabxanasında və kitabxana filiallarında silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biri də 11.11.2017-ci il tarixində Ağstafa rayon MKS-in Mərkəzi Kitabxanasında “Konstitusiya- ali qanunumuzdur” adi altında təşkil edilmiş dəyirmi masa olmuşdur. Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru V.Mehdiyev öz çıxışında bildirdi ki, 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir.
Ağstafa rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin Abonement bolməsinin müdiri Məmmədova Nərmin öz çıxışında bildirdi ki, Azərbaycanın ilk Konstitusiyası dövlət hakimiyyətinin bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi. Bu Heydər Əliyev Konstitusiyası idi ki, onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmışdır. Bu ali sənəd ölkədə həyata keçirilən hüquqi – demokratik islahatlar üçün möhkəm bir təməl idi.