Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”İnsan layiqli əməklə ucalar” adlı tədbir keçirilib

07.10.2024

07.10.2024-cü il tarixində Qazax rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax  rayon Komitəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 07 oktyabr-Ümumdünya Layiqli Əmək gününə həsr olunmuş "İnsan layiqli əməklə ucalar"adlı tədbir keçirilib.
Ulu öndər Heydər Əliyev və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən bu tədbiri MİHİ rayon Komitəsinin sədri Əməkdar Mədəniyyət işçisi İ.Qurbanov açaraq qeyd edib ki,layiqli əmək - səmərəli iş və layiqli əmək haqqının ,iş yerində təhlükəsizliyin ,kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir.
Sonra M.Mərkəzinin metodisti M.Mehdiyeva məruzə ilə çıxış edib. Məruzə ətrafında Hüseynbəyli kənd diyarşünaslıq evinin müdiri N.Əhmədov,Canallı kənd diyarşünaslıq klubunun müdiri R. Ömərova,Qazax 1 saylı folklor klubunun mədəni təşkilatçısı G.Əhmədova çıxış etdilər.
M.Mırkəzinin direktoru Z.Həsənova bu günün- layiqli əmək gününün əhəmiyyətindən danışdı və işçilərə əmək intizamına ciddi riayət etmələrini tövsiyyə etdi.
Sonra MİHİ rayon Komitəsi tərəfindən mədəniyyət işçilərinə qayğı və köməkliyə görə rayon Komitəsinə minnətdarlığını bildirib.
Tədbir diskusiya şəraitində davam edib.