21.10.2024
Gədəbəy rayonunda ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə 21 oktyabr 2024-cü il tarixində "Yaşıl bir dünya üçün həmrəy olaq!" şüarı ilə həyata keçirilən genişmiqyaslı aksiya çərçivəsində Gədəbəy rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Gədəbəy rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə ağacəkmə işləri həyata keçirilib.