Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı təqaüdə yola salınıb

24.10.2024

Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı təqaüdə yola salındı.
24  oktyabr 2024-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı  Qazax rayon komitəsinin dəstəyi ilə Qazax şəhər 1 nömrəli diyarşünaslıq klubunun müdiri Əliyeva Ərkinaz Xanlar qızının 65 yaşı tamam olması və təqaüdə yola salınması münasibəti ilə tədbir təşkil edilib. 
Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov açıb. Bu münasibət ilə Ərkinaz xanımı təbrik edərək ona uzun ömür, can sağlığı, bundan sonrakı həyatında da uğurlar arzulayıb. 
Digər çıxış edənlərdən - Qazax – Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət Mərkəzinin direktoru Z.Həsənova, Mədəniyyət Mərkəzinin metodisti M.Mehdiyeva Ərkinaz xanımın uzun illər çalışdığı Qazax şəhər 1 nömrəli diyarşünaslıq klubunun əməkdaşı Xanım nağıyeva və digərləri yubilyarı təbrik edərək onun işlədiyi müddətdəki qüsursuz fəaliyyətindən, kollektivdə olan hörmətindən, layiqli, bacarıqlı, eyni zamanda öz işinin öhdəsindən məsuliyyətlə gələn bir işçi olmasından danışıblar. 
Daha sonra Ərkinaz Əliyevanın   mədəniyyət sahəsində uzun illər səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münaibəti ilə Qazax rayon Komitəsinin Fəxri Fərmanı və pul mükafatı  verilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirilib.