03.10.2025
3 oktyabr 2025-ci il tarixdə Ağstafa rayon Hüseyn Arif Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi və Ağstafa Gənclər Evinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad olunmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirə başlamazdan əvvəl Ulu Öndər H.Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Aynurə Bayramova, Rövşanə Mahmudova, Səidə Quliyeva, Mətanət Qafarova və gənclərimiz çıxışlarda qəhrəman əsgərlərimizin şücaəti, Cəbrayıl uğrunda gedən döyüşlərin tarixi əhəmiyyəti və bu Zəfərin gənclərimiz üçün örnək olması vurğulanmışdır.
Tədbir həmçinin Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə həsr olunmuşdur.
Qarabağ Azərbaycandır!